Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək

28-03-2024, 13:01 167 dəfə baxılıb

Təsdiqlənmiş izləyici sayı 5 mindən çox olan “X” istifadəçiləri pulsuz “Premium+” abunəsinə sahib olacaqlar, 2,5 mindən və daha çox təsdiqlənmiş izləyicisi olanlar isə “Premium” funksiyalarından yararlana biləcəklər.

“Azerinews.az” xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask bildirib.

“Gələcəkdə 2,5 mindən çox təsdiqlənmiş abunəçisi olan bütün hesablar “Premium” funksiyalarını pulsuz əldə edəcək, sayı 5 mindən çox olan hesablar isə “Premium+” alacaq”, – o açıqlayıb.

Qeyd edək ki, “X” sosial şəbəkəsində üç növ abunə var ki, onların hamısı ödənişlidir. Qiymətlər kateqoriyadan asılı olaraq aylıq 3 dollardan 16 dollaradək dəyişir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031