Nazir: “Üç il ərzində sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib”

22-01-2024, 10:54 3 dəfə baxılıb

“Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından üç il ötür”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.

O bildirib ki, bu müddət ərzində Agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə başlayıb, 1 336 daimi iş yeri yaradılıb.

“Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7%-i (yəni 3,02 milyard manat) ixracın payına düşür”, - deyə nazir qeyd edir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930