Ötən il Azərbaycandan 110-dan artıq ölkəyə qeyri-neft məhsulları ixrac olunub

29-01-2024, 12:21 4 dəfə baxılıb

 

2022-ci illə müqayisədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin ixrac potensialı 9.8 faiz artıb, 110-dan artıq ölkəyə qeyri-neft məhsulları ixrac olunub. Ən çox məhsulun ixrac olunduğu ölkələr Rusiya, Türkiyə və Gürcüstan olub. Ötən il Rusiyaya 1,114 mln ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib.

“Azerenews.az” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

Y.Abdullayev bildirib ki, 2023-cü ildə Türkiyəyə 784, Gürcüstana 332 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib.

"Cari ildən etibarən İraq bazarında da aktivlik artırılacaq" - deyə Y. Abdullayev əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031