İrandan gətirilən 2 ton sarıkökdə bakteriya aşkarlandı

3-10-2025, 15:56 136 dəfə baxılıb

 

İrandan idxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində agentliyin əməkdaşları tərəfindən fiziki şəxs Cümşüd Vəliyevin İran İslam Respublikasından idxal etdiyi, ümumi çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930