Keçmiş qohumlarını öldürməkdə ittiham edilirdi - Ömürlük məhkum edildi

11-03-2024, 17:34 2 dəfə baxılıb

 

Buzovna qəsəbəsində bir ailənin üç üzvünü qətlə yetirməkdə ittiham edilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən N.Səfərov ömürlük məhkum edilib. O, qalan ömrünü Qobustan qapalı həbsxanasında keçirəcək.

Qeyd edək ki, hadisə 2022-ci ilin dekabrında qeydə alınıb. İttihama görə, 48 yaşlı Nofəl Səfərov zərərçəkmişlərin qızıllarını oğurlamaq və şəxsi münasibətlər zəminində keçmiş arvadının babasını, nənəsini və keçmiş arvadının dayısını öldürüb, hadisə vaxtı xəsarət alan şəxs isə onun qaynı olub. Təqsirləndirilən şəxs cinayət aləti kimi balta və bıçaqdan istifadə edib. Qətlə yetirilənlərdən biri ruhi xəstə olub. Səfərova qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə ittiham verilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031