Əhmədin məhkəməsi başlayıb - Yenilənir

25-06-2024, 12:13 129 dəfə baxılıb

 İkisi azyaşlı olmaqla, ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başlayır.

"Azerinews.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki,  ilin ən dəhşətli cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.

İş üzrə hazırlıq iclası keçirilir, yəni işə mahiyyəti üzrə baxılmır. Məhkəmə Əhmədin anket məlumatları ilə tanış olur, ilkin dinləmələr keçirilir.

İclas bir qədər sonra başlayacaq.

***

Əhməd Əhmədovun məhkəməsi başlayıb.

İclasda müttəhim Əhməd Əhmədov və digər proses iştirakçıları məhkəmə zalında hazır olublar.

Hakim Səbinə Məmmədzadə Əhmədin şəxsi məlumatlarını elan edib. Əhməd məhkəmə qərarı ilə anlaqsız hesab edildiyindən icra hakimiyyətindən ona qanuni nümayəndə təyin edilib. Hazırkı mərhələdə tərəflər tərəfindən heç bir vəsatət qaldırılmayıb.

***

Əhmədin qadın qohumlarından biri məhkəmədə yüksək səslə etiraz edib. O, hüquqi varis qismində tanınmamasından narazıdır. 

Hakim xanımı zaldan çıxarıb, prosesə bir neçə dəqiqəlik fasilə verilib.

Qeyd edək ki, Ə.Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Ekspert rəyləri ilə onun hadisə törədərkən anlaqsız vəziyyətdə olduğu təsdiq edilib.

Prokuror Əhməd barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün məhkəməyə qərar göndərib. Məhkəmə də eyni qənaətə gələrsə, Əhməd cinayət məsuliyyətindən azad ediləcək, məcburi müalicəyə göndəriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930