Saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verildi

27-06-2024, 11:19 162 dəfə baxılıb

 

Daşkəsən Rayon İcra Hakimiyyətinin korrupsiyaya görə saxlanılan vəzifəli şəxsi məhkəməyə çıxarılıb.

“Azerinews.az”ın əldə etdiyi məlumata görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Daşkəsən Rayon İcra  Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov barəsində qətimkan tədbiri seçilməsini tələb edib.

Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, E.Məmmədov haqda vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla İcra Hakimiyyətinin ümumi şöbəsinin işçisi Yaqub Bayramov da saxlanılmışdı. Y.Bayramovdan izahat alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Elman Məmmədov Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyevin yaxın kadrlarından biri kimi tanınır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031