2050-ci ilə qədər xərçəng xəstəliyinin hər il 35 milyona çatacağını proqnozlaşdırır

2-02-2024, 11:24 2 dəfə baxılıb


Ümumdünya Səhiyyə Təşkilatı 2050-ci ilə qədər xərçəng xəstəliyinin hər il 35 milyona çatacağını proqnozlaşdırır.

Bu barədə ÜST-ün Xərçəng üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin (IARC) hesablamalarından məlum olub.

Bildirilir ki, 2022-ci ildə 20 milyon yeni xərçəng hadisəsi və 9,7 milyon ölüm olub. Eyni zamanda, diaqnozdan 5 il sonra sağ qalanların sayı 53,5 milyon nəfər olub.

Mütəxəssislər 2050-ci ildə 35 milyondan çox yeni xərçəng hadisəsinin olacağını proqnozlaşdırırlar ki, bu da 2022-ci ilə nisbətən 77% çoxdur.

Xəstəliyin artmasında əsas amil kimi tütün məhsulları, alkoqol, piylənmə və havanın çirklənməsi göstərilir.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930