Balqabağın insan orqanizminə faydaları

21-02-2024, 12:38 0 dəfə baxılıb

 

Balqabaq qədim zamanlardan yetişdirilir. Deyilənlərə görə, balqabağın 700-ə qədər növü var. Onların bəziləri qida sahəsində, bəziləri dekorativ bitki kimi, müxtəlif alətlərinin hazırlanması və yem üçün istifadə edilir. Mütəxəssislər deyir ki, balqabağın tərkibində su, sellüloza, azotlu maddə, yağ, vitaminlər, zülal və s. var. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir. İri, yumru-yastı formada və açıq boz rəngdə olur. Ətli hissəsi dadlı, solğun çəhrayı rəngdədir. Saxlanılma və daşınma üçün əlverişlidir.

Azərbaycanda balqabağın 3 növü daha geniş yayılıb. Bunlar qalınqabıq, irimeyvəli və muskat qabaq növləridir. İrimeyvəli balqabağın lifli, sarı rəngli yumşaq lət hissəsi karotinlə zəngindir. Bu növ balqabaq soyuğa çox davamlı olmaqla, öz dad keyfiyyətlərini uzun müddət saxlayır. Növlərinin əksəriyyəti orta və gecyetişəndirlər. Ən iri meyvələri 70 kq və yuxarı çəkiyə malik ola bilər. Qalınqabıqlı qabaq istiyə az tələbkardır və kəskin temperatur dəyişkənliklərinə daha yaxşı uyğunlaşıb. Lakin məhsuldarlığına, lətinin keyfiyyəti və kəmiyyətinə görə irimeyvəli növlərindən geri qalır. Ancaq bərkqabıqlı qabaq tezyetişkənliyi ilə fərqlənir, tez çiçəkləməyə başlayır, sürətlə dolur. Onun meyvələri adətən iri olmur. Onların istehlak yetişkənliyi artıq avqustun sonu sentyabrın əvvəlində başlayır. Lazım gələrsə, qabağı daha yaxşı yetişdirməkdən ötrü bir ay anbarda saxlamaq olar, lakin həddindən artıq saxlamaq olmaz, əks təqdirdə çəyirdəklər daxildə cücərir.

Muskat balqabaq əsrarəngiz forma və tünd narıncı rəngə malikdir. Digərlərinə nisbətən bu növ daha gec yetişsə də dadı və faydalılığına görə öndə gedir.

Faydalarına görə digər tərəvəzləri qabaqlayır

Faydalı maddələr baxımından balqabaq digər tərəvəz növlərini xeyli dərəcədə qabaqlayır. Balqabaq xüsusilə şəkər diabetli və ürək xəstələri üçün faydalıdır. Balqabaqda mövcud olan çoxsaylı pektin maddələri orqanizmdən toksik maddələrin və çoxsaylı xolesterinin xaric edilməsinə kömək edir. Təbabətdə balqabaq yumşaldıcı xassəyə malikdir. Susuzluğu aradan qaldırır. Bişmiş balqabaq qızdırma və öskürəkdə effektli təsirə malikdir. Balqabaq mürəbbəsi beyin fəaliyyətini qüvvətləndirir.

Balqabağın ən önəmli xüsusiyyəti çox yüksək miqdarda beta-karoteinlə zəngin olmasındadır. Karotein dəri toxumalarını yeniləyən vitamindir. İmmunitet sisteminin güclənməsi üçün beta-karotein əsasdır. İmmunitet sistemi bizi xərçəng və bir sıra xəstəliklərdən qoruyan ən önəmli müdafiə sistemidir. Balqabaqda dəmir, kalium, sodium, fosfor, kalsium və maqnezium var. Tərkibindəki dəmirə görə qanazlığının qarşısını alır. Balqabaq qandakı yağ nisbətini aşağı salır, ən güclü antioksidantların bir çoxu balqabağın tərkibindədir. Balqabağın özündən əlavə onun yağı və tumu da çox faydalıdır. Avropa ölkələrində balqabaq yağı müxtəlif tərəvəz salatlarının hazırlanmasında tətbiq edilir.

Keyfiyyətli balqabağı necə tanıyaq?

Картинки по запросу pumpkin

Bu məhsulların keyfiyyəti onun növündən, yetişmə dərəcəsindən, saхlanılma üsullarından və müddətindən çox asılıdır. Müasir dövrdə balqabağın keyfiyyətinə ekoloji amillər, onların süni üsullarla, gübrələrin köməyi ilə yetişdirilməsi ciddi təsir göstərir. Bu proseslərin təsirinin müşahidə edilməsi, həmin məhsulların keyfiyyətinin normativ-texniki sənədlərə uyğunluğunun müəyyən edilməsi baxımından və istehlakı zamanı vacib məsələlərdəndir. Ona görə də insan sağlamlığı üçün faydalı olan bu məhsulları istehlak edərkən diqqətli olmaq lazımdır.

Standart üzrə balqabaq təmiz, təzə, yetişmə dərəcəsinə görə birnövlü, sağlam, rəngi və forması təsərrüfat-botaniki növünə müvafiq, bütöv saplaqlı olmalıdır. Balqabağın ən böyük en kəsiyinin diametri uzunsov formalılarda 12 sm-dən, yastı və dairəvi formalılarda isə 15 sm-dən az olmamalıdır.

Balqabağın istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmanın da əhəmiyyəti böyükdür. Bu məhsulu qablaşdırmaq üçün yeşiklərdən, səbətlərdən, konteynerlərdən və s. istifadə olunur. Daşınma zamanı isə məhsulun üstü mütləq örtülməlidir.

İstehlak zamanı balqabağın keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşü nəzərdən keçirilməli, məhsulun qablaşdırılması, daşınması, saxlanılması və s. mərhələlərində müvafiq standartların və normativ-texniki sənədlərin tələblərinə əməl olunması yoxlanılmalıdır. Bilin ki, keyfiyyətli balqabaq təmiz, bütöv və sağlam olmalıdır.

Hansı balqabaqları almaq olmaz?

Ticarət şəbəkələrindən balqabaq alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə, saxlanma müddətində əmələ gələ bilən firioloji xəstəliklərin əlamətlərinə və s. kimi məsələlərə diqqət edin.

Balqabağı yaxşı saxlamağın şərtləri

Balqabağın keyfiyyətli qalması üçün onun saxlanma temperaturu və şəraiti xüsusi əhəmiyyət kəsb edir. Saхlanma müddətinə görə balqabaq orta-uzun müddətə saхlanıla bilən tərəvəzlər qrupuna daxildir. Belə ki, onun saxlama müddəti növündən, saxlama temperaturundan və şəraitindən xeyli dərəcədə asılıdır. Optimal saxlama şəraiti 85-90% nisbi rütubətdə 0-2ºC temperatur hesab olunur. Bu məhsulları optimal şəraitdə orta hesabla 3 aydan 6-8 aya qədər saxlamaq olar. Saxlanma zamanı toplanmış nişasta şəkərə çevrilir və balqabaq şirinləşir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930