Səhiyyə Nazirliyi qriplə bağlı əhaliyə çağırış edib

21-02-2024, 15:21 7 dəfə baxılıb

 Qrip kəskin respirator infeksiyalardan olsa da, digərlərindən ağırlaşmalarının daha təhlükəli olmasına görə fərqlənir.

"Azerinews.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, qripdən ağırlaşmalar iki cür olur və bunlardan birincisi ilk günlərdə müşahidə olunan, digəri isə qrip fonunda immunitetin zəifləməsi ilə bir müddət sonra ortaya çıxan hallardır.

O bildirib ki, soyuq fəsillərdə kəskin respirator xəstəliklərin insanlar arasında yayılması daha çox müşahidə olunur:

“Fəsillər dəyişərkən immunitet müəyyən qədər arta və ya azala bilər. Soyuq hallarda əhalinin qapalı məkanlarda sıx toplaşması da kəskin respirator infeksiyaların yayılmasında rol oynayır. Eyni zamanda, qidalanmaya diqqət etmək lazımdır ki, immunitetimizi gücləndirə bilək. İmmunitet gücləndirildiyi halda yoluxma olmur, olsa da insan xəstəliyi rahat keçirir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031