Azərbaycandakı İİV xəstələrinin sayı açıqlandı
2023-cü ildə QİÇS-lə Mübarizə Mərkəzində 9,3 min nəfər İİV-lə yaşayan şəxs qeydiyyatda olub.
“Azerinews.az” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Bildirilib ki, 8,7 min İİV-lə yaşayan şəxs antiretrovirus terapiyaya cəlb edilib.
Hesabatda bildirilib ki, aparılan tədbirlər nəticəsində Azərbaycanda insan immunçatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında qalmaqdadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: