Təyyar Eyvazov: “Növbəti aylarda qızılcaya yoluxma ilə bağlı vəziyyətin normallaşması proqnozlaşdırılır”

6-03-2024, 11:35 9 dəfə baxılıb

 

“Qızılca keçirən şəxsin əldə etdiyi immunitet kifayət qədər davamlıdır, təkrar xəstələnmə çox nadir hallarda baş verir. Peyvənd nəticəsində əldə edilən immunitet təbii immunitetə nisbətən daha az davamlıdır və peyvənd olunandan 15-20 il sonra zəifləyərək, insanı yoluxmadan qorumaya bilər. Əgər şəxsdə immundefisit vəziyyəti varsa, immunitet daha qısamüddətli ola bilər”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, qızılca ilə müvafiq səhiyyə qurumları aktiv mübarizə aparırlar:

“Əks-epidemik tədbirlər aktiv həyata keçirilir. Qızılcaya həssas şəxslər 1-40-yaşadək aşkarlanaraq öz müraciətləri əsasında peyvənd olunurlar. Hazırda epidemioloji durumun sabitləşməsi, bəzi bölgələrdə yoluxma hallarının sayının azalmasını müşahidə edirik. Lakin ölkənin iri şəhərlərində xəstələnmə halları lokal olaraq hələ də müşahidə edilir. Ümumiyyətlə, növbəti aylarda vəziyyətin normallaşması proqnozlaşdırılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031