Həkim Aydın Əliyev İstanbul Hospitalındakı işindən çıxarılıb

13-03-2024, 12:21 172 dəfə baxılıb

 

Tanınmış radioloq həkim Aydın Əliyev İstanbul Hospitalındakı işindən çıxarılıb. 

“Azerinews.az” xəbər verir ki, bu barədə həkim öz sosial şəbəkə hesabında paylaşım edib.

O, işdən azad olunmasının qanuni əsası olmadığını açıqlayıb: “Təhdiddənmi, qorxudanmı, bilmirəm, İstanbul klinikasının rəhbərliyi məni bu gün (dünən) işdən çıxardı. "Sabahdan işə gəlmə" dedilər. İnsanı işdən çıxarmaq bu qədər asanmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?”

Məsələ ilə əlaqədar İstanbul Hospitalla əlaqə saxladıq. Tibb müəssisəsindən həkimin işdən çıxdığını təsdiqləsələr də, öz xahişi ilə azad olunduğunu bildirdilər: "Aydın Əliyev işdən öz ərizəsi ilə çıxıb, rəhbərlik tərəfindən çıxarılmayıb". 

Qeyd edək ki, radioloq Aydın Əliyev 2021-ci ildən İstanbul Hospitalda baş həkim kimi fəaliyyət göstərirdi. O, bir neçə gün əvvəl saxlanılan tanınmış hüquqşünas Ələsgər Məmmədlinin qaynıdır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930