Azərbaycanda yeni peyvənd vurulacaq

2-05-2024, 09:57 83 dəfə baxılıb

 

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. 

“Azerinews.az” xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində hazırlanıb. 

Qeyd edək ki, heksavaksinin tərkibinə Hepatit B, difteriya və tetanus anatoksini, göyöskürək, inaktivləşdirilmiş poliomielit, HİB əleyhinə peyvəndlər daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031