Lənkəranda Regional Travmatoloji Mərkəz yaradılacaq

16-05-2024, 14:34 128 dəfə baxılıb

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində zəruri kadr potensialına və infrastruktura malik Regional Travmatoloji Mərkəzin yaradılması nəzərdə tutulub.

"Azerinews.az"ın məlumatına görə bu barədə xəstəxananın direktoru Ağabala Kəlbiyev məlumat verib.

O bildirib ki, bununla bağlı müvafiq qurumlara müraciət olunub.

Direktor belə mərkəzin yaradılmasına zərurəti yol qəzalarının, eləcə də oynaq və sümük xəstəlikləri üzrə edilən müraciət saylarının çox olması ilə əlaqələndirib:

"Yeni mərkəzin yaradılması ilə region əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstəriləcək. İndiyədək yalnız paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb travmatoloji əməliyyatların sözügedən mərkəzdə həyata keçirilməsi planlaşdırılır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031