“Qızılcadan ölənlərin hamısı peyvənd olunmayanlardır”

18-01-2024, 12:27 9 dəfə baxılıb

 

“Azərbaycanda əhali arasında peyvəndlərlə bağlı düzgün təbliğat işinin aparılmasına ehtiyac var”.

“azerinews.az” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bəzən peyvəndlərin ziyanlı olması, xüsusilə gen səviyyəsində insana ziyan vurması ilə bağlı fikirlər yayılır: “Hətta həkimlər arasında belə fikirlər vardı. Gərək biz insanları inandıraq ki, əgər övladlarımızın yoluxucu xəstəliklərdən dünyasını dəyişmələrini istəmiriksə, bunun bir yolu var. Bu da peyvəndlənmə yoludur. Dünyada peyvəndləmə ilə bağlı belə yanlış fikirlər yoxdur. Amma bizdə bu cür neqativ fikirlər yayılır”.

Ə. Əmiraslanov əlavə edib ki, ölkədə son vaxtlar qızılcadan vəfat edənlərin hamısı peyvənd olunmayan şəxslərdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031