Qızılcaya yoluxmuş şəxslə təmasda olanlar karantinə alınacaqlar?

30-01-2024, 14:42 5 dəfə baxılıb

 

TƏBİB qızılcaya yoluxmuş şəxslə təmasda olanların karantinə alınıb-alınmaması məsələsinə aydınlıq gətirib.

Qurumdan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, əlamətləri müşahidə edilməyənə qədər qızılca xəstəliyinə yoluxmuş şəxslərlə təmasda olmuş şəxslərin karantinə alınması qanunla nəzərdə tutulmayıb.

Qeyd olunub ki, qızılca xəstəliyinin hər hansı əlaməti müşahidə edilərsə, həmin şəxsə xəstəlik vərəqi açıla bilər:

“Əlamət müşahidə edilənə qədər isə təmasda olan şəxs qeydiyyatda olduğu poliklinikanın və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ciddi nəzarətində saxlanılır. Xəstəlik vərəqi isə ailə həkimləri və ya həkim-infeksionistlər tərəfindən verilə bilər”.

Sosial şəbəkədə qızılcaya yoluxan şəxslə təmasda olanların evdə karantində saxlanılmadıqlarından məktəb, uşaq bağçalarında və digər ictimai yerlərdə xəstəliyi yaymaları barədə fikirlər səsləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930