Nyu-York göydələnləri Azərbaycan bayrağı ilə işıqlandırılıb

8-11-2025, 09:56 7 dəfə baxılıb

 

8 noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi və "Times" meydanındakı ən hündür göydələndə Azərbaycan bayrağı proyeksiya edilib.

"Azerinews.az"  "Report"a istinadən xəbər verir ki, aksiya Amerika-Azərbaycan Gənclər Federasiyasının təşəbbüsü və Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.

İşıqlandırma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 02:00) başlayıb və hər 5 dəqiqədən bir təkrarlanmaqla 8 saat davam ediləcək. Azərbaycan bayrağının rəngləri ilə bəzədilmiş işıq şousu şəhərin müxtəlif nöqtələrindən görünən möhtəşəm mənzərə yaradıb.

Aksiya çərçivəsində Nyu-York sakinləri və turistlər Azərbaycan bayrağının proyeksiya olunduğu binaları böyük maraq və heyranlıqla izləyiblər.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930