Milli Məclis seçkidə qələbə münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib

16-02-2024, 11:03 7 dəfə baxılıb


 

Milli Məclis prezident seçkisində qələbə münasibətilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Mən hamınızın adından yenidən Prezident seçilməsi ilə bağlı möhtərəm İlham Əliyevə təbrik məktubu göndərmişəm, səmimi təbriklərimi çatdırıb və xoş arzularımı ifadə etmişəm”, - sədr qeyd edib.

Deputatlar təbrik məktubunun göndərilməsini alqışlarla qarşılayıblar.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 92,12 faiz səslə qalib gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031