Azərbaycanlı Latviyada deputat seçildi

22-02-2024, 15:59 12 dəfə baxılıb

İlk dəfə hər iki valideyni azərbaycanlı olan həmyerlimiz Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb. 

Bakupost.az xəbər verir ki, Latviya parlamentinə sonuncu seçkilər 2022-ci il oktyabrın 1-də keçirilib.

Amil Səlimovla eyni partiyadan olan deputatlardan birinin fəaliyyəti dayandırıldığı üçün həmyerlimiz partiya siyahısından seçilərək onu əvəzləyib.

Bu haqda A.Səlimov özü məlumat verib.

38 yaşlı həmyerlimiz Latviyada anadan olub, təhsilini də həmin ölkədə alıb.

A.Səlimov həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisidir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930