Rəsmi ziyafətə Heydər Əliyev də qatıldı - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın şərəfinə rəsmi ziyafət verilib.
“azerinews.az”ın məlumatına görə, rəsmi ziyafətə dövlət başçısının oğlu Heydər Əliyev də qatılıb.
O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə eyni masada əyləşib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: