Müdafiə nazirinə yeni müavin təyin olunub

13-05-2024, 11:40 125 dəfə baxılıb

 Azərbaycanın müdafiə nazirinə müavin - Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub.

“Report” xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub.

Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, idarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi. K.Vəliyev Baş Qərargah rəisi təyin olunduqdan sonra bu vəzifəni general-mayor Elçin Xəlilov icra edib.

Qeyd edək ki, M.Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. O, eyni zamanda Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini də icra edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930