ATƏT sədri Ermənistanla Azərbaycanı danışıqları davam etdirməyə çağırıb

14-05-2024, 11:38 131 dəfə baxılıb

 

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borq “X” hesabında Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.

"Azerinews.az" ın xəbərinə görə, o yazıb ki, müzakirələrdə rəhbərlik etdiyi təşkilatın Cənubi Qafqazda sülhün bərqərar olunmasına dair səyləri, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyasına dair fikir mübadiləsi aparılıb:

“Bir qədər əvvəl sərhədlərin delimitasiyası və demarkasiyasına dair əldə olunan razılaşma doğru istiqamətə atılan bir addımdır. Biz tərəfləri xalqların rifahı naminə sülh danışıqlarını davam etdirməyə çağırırıq. Malta ATƏT-ə sədrliyi dövründə təşkilatın dayanıqlığını gücləndirmək və COP29 ərəfəsində yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi ideyalarına sadiqdir” – ATƏT sədrinin paylaşımında belə deyilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930