Prezident İlham Əliyev vyetnamlı həmkarını təbrik etdi

25-05-2024, 23:48 48 dəfə baxılıb

 

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.

“Azerinews.az”  xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. Biz sağlam təməllər üzərində qurulmuş bu münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.

İnanıram ki, Azərbaycan-Vyetnam əlaqələrinin dost xalqlarımızın mənafeləri naminə daha da genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı hörmət və dəstəyə əsaslanan əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031