Prezident bu Fərmana dəyişiklik etdi

4-06-2024, 23:44 109 dəfə baxılıb

 

Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənib.

“Azerinews.az” xəbər verir ki, Prezident İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmana etdiyi dəyişikliklə Ədliyyə Nazirliyinin Aparatının işçilərinin say həddi 420 ştat vahidindən 455 ştat vahidinə qaldırılıb.

Beləliklə, Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu belə olacaq:

Strateji planlaşdırma və monitorinq baş idarəsi;

Qanunvericilik baş idarəsi;

Notariat, qeydiyyat və reyestr baş idarəsi;

İcra xidməti (baş idarə səlahiyyətli);

Probasiya xidməti (baş idarə səlahiyyətli);

Beynəlxalq əməkdaşlıq baş idarəsi;

Bələdiyyələrlə iş baş idarəsi;

Cəzaların icrasına nəzarət baş idarəsi;

İstintaq idarəsi;

İnsan resursları idarəsi;

Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi;

Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi;

Maliyyə və təminat idarəsi;

Mətbuat xidməti (idarə səlahiyyətli).







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031