Məşhur saytların da işində problem yarandı

18-11-2025, 18:51 8 dəfə baxılıb

 

Məlum olduğu kimi, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur.

“Azerinews.az” xəbər verir ki, nasazlıq nəticəsində müxtəlif ölkələrdə çoxsaylı internet resurslarına girişdə problemlər yaranıb.

Belə ki, hazırda bir sıra xəbər saytları ilə yanaşı, “X” sosial şəbəkəsi, “Spotify” musiqi platforması, “Amazon” şirkətinin veb resursları, eləcə də “ChatGPT” çat-botunun işində də problem müşahidə edilir.

İstifadəçilər həmin resursların saytına daxil olmaqla bağlı çətinliklə üzləşib.  

Xatırladaq ki, hazırda Azərbaycanda bir sıra saytlara girişdə problem yaranıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031