İcra başçısı tapşırıq verdi - Fotolar

9-02-2024, 15:00 2 dəfə baxılıb

 

Fevralın 9-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

“Azerinews.az” xəbər verir ki, qəbulda Milli Məclisin deputatı Aydın Hüseynov, Sahil qəsəbə sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəbulda 80-ə yaxın qəsəbə sakini iştirak edib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Sahil qəsəbə sakinlərinə 7 fevral prezident seçkilərində fəal iştirak etdiklərinə görə öz adından minnətdarlıq bildirib.

Sakinlərdən 17 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930