FHN-in əməkdaşları paramedik kurslara cəlb edilib

22-02-2024, 14:29 16 dəfə baxılıb

Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində təməl həyat dəstəyi və ilkin yardım biliklərinin artırılması mövzusunda keçirilən paramedik kurslara cəlb edilib.

FHN-dən APA-ya verilən xəbərə görə, doqquz gün davam edən kurslarda Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri üzrə yanğından mühafizə dəstə, hissə və bölmələrindən ümumilikdə 186 əməkdaş dinləyici qismində iştirak edib.

Tibb Xidmətinin ixtisaslaşmış həkimləri ilə yanaşı beynəlxalq dərəcəli təlimçi-həkimlər tərəfindən zərərçəkmişlərə zamanında səmərəli və daha keyfiyyətli ilk yardımın göstərilməsi məqsədilə “Ürək-ağciyər reanimasiyası”, “Qapalı ürək masajı”, “Süni tənəffüs”, “Qanaxmalar zamanı ilk yardım”, “Travmalar zamanı immobilizasiya” mövzularında yanğınsöndürənlərin bilik və bacarıqları təkmilləşdirilib.

Sonda kursu uğurla başa vurmuş əməkdaşlara müvafiq sertifikatlar təqdim edilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930