Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO

15-03-2024, 14:42 21 dəfə baxılıb

 

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşların dövlət xidmətləri barədə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə növbəti addım kimi ASAN onlayn TV fəaliyyətə başlayır.

"Azerinews.az" xəbər verir ki, ASAN Radionun bazasında qurulacaq ASAN TV dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya olacaq.

Məqsəd videoməzmunun daha keyfiyyətli təqdimatı, izləyici auditoriyasının sayının və sərhədlərinin genişlənməsi, dövlət xidmətləri ilə bağlı vizual olaraq daha əhatəli maarifləndirməni təmin etməkdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2015-ci ilin dekabrın 24-də yaradılan ASAN Radionun 9 illik fəaliyyəti dövründə hər zaman videoməzmunun mövcudluğuna və sosial mediada aktivliyə xüsusi önəm verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930