Səhiyyə Nazirliyi Novruz bayramı ilə bağlı əhaliyə müraciət etdi

19-03-2024, 10:12 58 dəfə baxılıb

 

Səhiyyə Nazirliyi Novruz Bayramı ilə əlaqədar əhaliyə müraciət edib. 

“Azerinews.az” xəbər verir ki, müraciətdə qeyd olunur ki, yaz mövsümi ilə əlaqədar insanların immun sistemində müəyyən təbii dəyişikllikər baş verir. Belə ki, infeksiyaların yayılması insanların yoluxmasına və xəstələnmə hallarına səbəb olur. 

İlk növbədə hava-damcı yolu ilə yayılan qrip və digər respirator virus infeksiyalarına yoluxma hallarına daha çox rast gəlinir. Hərarəti yüksək olan, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri, yəni asqıraq, öskürək, burunaxma və ya buruntutulması, boğaz ağrısı müşahidə edilənlər təmasda olduğu digər şəxsləri yoluxdurmamaq üçün gigiyenik vasitələrdən istifadə etməlidirlər.

Səhiyyə Nazirliyi qarşıdan gələn Novruz Bayramı ilə əlaqədar qeyri-iş və istirahət günlərində əhalinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, ümumi gigiyena tələbləri, habelə digər profilaktik qaydalara riayət olunmasını tövsiyə edir:  "Eyni zamanda, ilin bu mövsümündə orqanizmin immun sisteminin gücləndirilməsi məqdəsilə gündəlik qidalanma rejiminə vitamin və minerallarla zəngin məhsulların daxil edilməsi vacibdir.

Unutmayaq ki, sağlamlığımız öz əlimizdədir. Hər bir vətəndaş sağlamlığına xüsusi həssaslıq və məsuliyyətlə yanaşmalı, özünü və ətrafdakıları infeksiyalara yoluxmadan qorumalıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930