Paytaxtın bəzi əraziləri qazsız qalacaq

3-04-2024, 10:34 115 dəfə baxılıb

 

Bu gün paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, “Şıxov QPS qolu” yüksəktəzyiqli qaz kəmərinin yeraltı hissəsində, Nizami rayonu, Şərifli, 2425-ci məhəllə ünvanında və Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmalarının ləğv edilməsi, Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində COP-29 tədbiri ilə əlaqədar qaz xətlərinin təmiri, Sabunçu və Binə qəsəbələrində siyirtmələrin quraşdırılması, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində və Hövsan Südçülük Sovxozunda qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə aprelin 3-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qaradağ (Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi), Nizami (İ.Məmmədov, Q.Qarayev, E.Süleymanov, R.Rüstəmov, C.Naxçıvanski küçələri), Sabunçu (Pirşağı qəsəbəsinin və Sabunçu qəsəbəsinin Akkord MTK yaşayış kompleksi, Aydınbəyov, Y.Əliyev küçələri), Suraxanı (Hövsan qəsəbəsinin Bağça, Məktəbli, Zeytun sovxozu ərazisi və İ.Məmməmdov, M.Ş.Vazeh və A.Qılmanov küçələri) və Xəzər (Hövsan Südçülük Sovxozu, Mərdəkan qəsəbəsi, Binə qəsəbəsinin Binə Sovxoz ərazisi) rayonlarının kiçik hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930