Azərbaycanda alkoqollu içkilərin istehsalı və idxalına dövlət nəzarəti gücləndiriləcək

5-04-2024, 14:56 111 dəfə baxılıb

 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda alkoqollu içkilərin istehsalı və idxalı ilə əlaqədar bir sıra qanunvericilik aktlarına dəyişikliklərin olunmasını təklif edir.

Bunu ”Report”a AQTA-nın sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzli bildirib ki, hazırda alkoqollu içkilərin istehsalı sahəsində həddindən çox təsadüfi sahibkarlıq subyektləri fəaliyyət göstərirlər.

“Onlar istədikləri formada alkoqollu içkilərin satışını həyata keçirirlər. Bu səbəbdən dövlət nəzarəti gücləndirilməlidir və yaxın zamanda bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklər ediləcək”, - deyə AQTA-nın sədri deyib və əlavə edib ki, təkliflər paketi genişdir.

O vurğulayıb ki, bu məhsulların istehsalçıları və idxalçıları “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə ciddi şəkildə əməl etməlidirlər:

“AQTA bütün spirtli içki istehsal edən müəssisələrdə müvafiq yoxlamalar həyata keçirəcək. Yoxlamaların həyata keçirilməsi nəticəsində təkrar qeydiyyat olacaq. Həmin tələblər yerinə yetirilməzsə, sanitar norma və qaydalara əməl etməyən spirtli içki istehsalı müəssisələrinin fəaliyyətinə icazə verilməyəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930