Gömrük orqanlarının vəzifəli şəxslərinə birdəfəlik kompensasiya ödəniləcək

17-04-2024, 11:18 111 dəfə baxılıb

 

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək.

“Azerinews.az” xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə görə, qeyd olunan xərclərin və kompensasiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. 

Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək. Pul kompensasiyasının ödənilmə qaydası və məbləği də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. 

Analoji mexanizm dövlət qulluğunun digər xüsusi növlərində xidmət keçməni tənzimləyən qanunvericilik aktlarında təsbit olunub və praktikada tətbiq edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930