Dövlət Komitəsi ailə məhkəmələrinin yaradılmasını təklif edir

17-04-2024, 12:40 121 dəfə baxılıb

 Bu gün psixoloji xidmət istədiyimiz səviyyədə deyil. Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var. Azərbaycanda ailə psixoloqu məsələsinin instutisional səviyyədə həll olunmasının artıq vaxtı çatıb.

"Azerinews.az" xəbər verir ki, bunu bu gün Milli Məclisdə Ailə, Qadın və Uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən birgə ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O bildirib ki, bu gün ailə məsələlərindən danışanda ən narahedici məsələ boşanmaların artmasıdır:

"Son bir neçə ildə boşanma əmsalı 1,6-dan 2-yə çatıb, bu bizi narahat edir. Ailə daxili münasibətlərdə psixoloji məqamların rolu çox böyükdür. Ona görə də bu məsələyə daha diqqətlə yanaşmalıyıq. Ailə psixoloqu institutunun yaradılması ilə yanaşı ailə məhkəmələrinin yaradılması çox vacibdir. Ailə məhkəmələrinin təcrübəsini öyrənəndə orada psixoloqların, sosial işçilərin, hüquqşünasların birgə ailələrə dəstək göstərməsi, ailə çəkişmələrinin təsirlərinin azaldılması, eyni zamanda, ailələrin bərpasına böyük dəstəyi olacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930