Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

6-05-2024, 15:03 86 dəfə baxılıb

 Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq.

“Report”un məlumatına görə, onlardan biri - Gülalı Məhəmməd oğlu Dadaşov Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

Elşad Şirin oğlu Qayımov Xaçmaz rayonu Hacıqurbanoba kəndində, Asim Nadir oğlu Səfərov Qəbələ rayonunun Qəmərvan kəndində, Vüqar Telman oğlu Həsənov Sabirabad rayonu Muğangəncəli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən G.Dadaşov, E.Qayımov, A.Səfərov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi basdırılmışdılar.

Bundan başqa, V.Həsənovun qalıqları isə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930