Mayın sonunadək Şuşaya köçürüləcək əhalinin sayı açıqlanıb

14-05-2024, 10:47 208 dəfə baxılıb

 

“May ayının sonu, iyun ayının əvvəllərinə qədər Şuşaya 370 ailənin, 1450 nəfərin köçürülməsi planlaşdırılır. Bundan sonra da mərhələli şəkildə köç davam edəcək və hər bir şuşalı öz doğma torpağında şad-xürrəm yaşayacaq”.

Bunu APA-ya açıqlamasında Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva deyib.

O bildirib ki, bu gün şuşalılar çox xoşbəxtdir:

“İnsanlarımız çox sevinclidirlər. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Müzəffər Ordumuza, qazilərimizə, şəhidlərimizə minnətdarıq. Ali Baş Komandanın böyük siyasəti, diplomatiyası, rəşadəti sayəsində bu xoşbəxtlik bizə nəsib olub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031