Bu rayonlara qar yağdı

15-05-2024, 10:28 102 dəfə baxılıb

 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Balakəndə 28 mm, Lerikdə 26 mm, Naxçıvanda 22 mm, Qəbələ, Şahbuzda 17 mm, Zaqatalada 16 mm, Şəkidə 15 mm, Oğuz, Culfada 13 mm, Astara, Şərurda 12 mm, Lənkəranda 11 mm, Gədəbəydə 10 mm, Daşkəsən, Göygöldə 9 mm, Şamaxıda 8 mm, Qobustan, Qax, Şəmkir, Sədərək, Ordubadda 7 mm, Gəncə, Tovuz, Yardımlı, Göyçay, İsmayıllı, Mingəçevir, Ağsu, Ceyrançöl, Kürdəmir, Tərtər, Beyləqan, Neftçala, Naftalan, Altıağac, Quba, Qusar, Ağstafa, Xaltan, Qrız, Şabran, Şahdağ, Yevlax, Zərdab, Cəfərxan, Biləsuvar, Bərdə, Cəlilabad, Ağdamda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Qax, Şəki, Şamaxı, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 12, dağlıq rayonlarda 0-4 dərəcə isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930