Ötən il metrodan istifadə edənlərin sayı artıb

17-01-2024, 14:23 1 dəfə baxılıb

 

Ötən il metrodan istifadə edənlərin sayı artıb.

“azerinews.az”ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, 2023-cü ildə metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 5,2 faiz artaraq 219,5 milyon nəfər olub.

DSK-nın məlumatında qeyd olunub ki, ötən il nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 134,2 milyon ton yük, 1694,1 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq 6,5 faiz və 20,6 faiz artım qeydə alınıb. Sərnişinlərin 94,4 faizi avtobus, 5,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 7,3 faiz, sərnişin dövriyyəsi isə 21,4 faiz artıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930