Elektron resept kimlərə şamil olunmayacaq?

17-01-2024, 16:00 3 dəfə baxılıb

 

“Dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunan şəxslərə elektron resept şamil olunmayacaq”.

"azerinews.az" xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyə standartlarının və təsnifatlarının nəşriyyatı şöbəsinin müdiri Mövsümlü Kəbutər açıqlayıb.

Onun sözlərinə görə, ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslər və ya onların qanuni nümayəndəsi yaşayış yeri üzrə poliklinikaya müraciət edib, bu hüquqları təsdiq edilən əsas sənədləri təqdim etməlidirlər: 

“Dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika müəssisələrinin aptek məntəqələri vasitəsilə həyata keçirilir. Pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə-profilaktika müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bir ödənişsiz reseptdə yalnız bir dərman preparatı yazılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930