Şahdağa qar yağdı

25-05-2024, 10:38 83 dəfə baxılıb

 

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Gədəbəy, Göygöldə 20 mm, Qusar, Daşkəsəndə 17 mm, Yardımlıda 15 mm, Tovuzda 14 mm, Şəki, Qəbələdə 13 mm, Mingəçevirdə 12 mm, Qrız, Şəmkirdə 11 mm, Oğuzda 10 mm, Gəncədə 9 mm, Cəlilabad, Lerik,  Ağdam, Naftalan, Yevlax, Tərtər, Ağstafa, Qax, Xaltan, Ordubad, Balakən, Sədərək, Astara, Culfa, Şərur, Zaqatala, Ceyrançöl, Qobustan, Naxçıvan, İsmayıllı, Altıağac, Göyçay, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Neftçala, Bərdə, Şahbuzda 8 mm-dək olub.

Şimal-qərb küləyi arabir Gəncədə 20 m/s, Naftalanda 18 m/s, Naxçıvanda 16 m/s-dək güclənib.

Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Şahdağ, Lerik, Mingəçevirdə duman müşahidə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930