Kür çayının səviyyəsi kəskin artıb

27-05-2024, 20:30 105 dəfə baxılıb

 

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 26-da qonşu ölkələrin ərazisində Debed çayının hövzəsinə yağan leysan yağış nəticəsində çaydan güclü sel keçib.

Debed çayı Kür çayına töküldüyü üçün, eyni zamanda qonşu Gürcüstan ərazisində Kür çayının hövzəsinə yağan leysan yağışlar nəticəsində Kür çayının Tiflis məntəqəsində səviyyənin kəskin artması ilə əlaqədar mayın 26-dan başlayaraq Kür-Qıraqkəsəmən məntəqəsində artım müşahidə olunub.

Qeydə alınan ən yüksək səviyyə 27 may saat 7:00-da 628 sm-ə çatmış, saat 9:00-dan etibarən isə çayda suyun səviyyəsi tədricən azalaraq 598 sm olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930