Şuşaya köç davam edir
İşğaldan azad olunmuş Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
“Azerinews.az” xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 15 ailə – 57 nəfər köçürülür.
Ailələrdən 8-i (31 nəfər) Bakı şəhərindən, 2-si (6 nəfər) isə Abşeron rayonundandır, Sumqayıt (4 nəfər), Mingəçevir (4) şəhərləri, habelə Bərdə (5), Oğuz (5), Ağdam (2) rayonlarının isə hər birindən bir ailə köçürülür. Mingəçevir şəhəri, həmçinin Ağdam, Bərdə və Oğuz rayonlarında məskunlaşmış 4 ailə (16 nəfər) yaşadıqları ərazidən yola salınacaq. Onlar Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.