Prezidentin xüsusi nümayəndəsi: Hazırda 3 mindən çox vətəndaş Xankəndidə məskunlaşıb

24-06-2024, 11:33 109 dəfə baxılıb

 

Xankəndi şəhərində hazırda əhalini öz yurdlarına qayıtması, regionun inkişafı ilə bağlı işlər görülür.

"Azerinews.az" xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərində keçirilən “Ətraf Mühitinin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda" Elmi-Praktiki Konfrans zamanı deyib.

O bildirib ki, Xankəndi və ətraf rayonlara yaxın zamanlarda köç davam edəcək:

"Hazırda 3 mindən çox vətəndaş Xankəndidə məskunlaşıb. Onlar burada çalışan dövlət müəssisəsinin əməkdaşları və bizneslə bağlı çalışan işçilərdir. Xankəndidə hazırda 43 obyekt fəaliyyət göstərir. Obyektlərdə 322 nəfər hazırda işlə təmin edilib. Yaxın vaxtlarda daha 37 obyektin açılması nəzərdə tutulub. Qarabağ Universitetinin açılmasından sonra burada yaşayış sayının çoxalması və obyektlərin açılması nəzərdə tutulub".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031