Bakının iki küçəsində təmir işləri yekunlaşıb

4-07-2024, 15:22 128 dəfə baxılıb

 

Bakının Səbail rayonunun Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir işləri yekunlaşıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, təmir çərçivəsində hər iki küçədə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

"Bu işlərə paralel olaraq küçələrdə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunub. Son mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunan küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə verilib", - deyə məlumatda qeyd edilib.










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031