Yüksək dağlıq ərazilərdə 16 dərəcəyədək şaxta olub

25-01-2024, 10:56 6 dəfə baxılıb

 

Ölkə ərazisində yanvarın 24-ü axşam saatlarından yağıntılar tədricən kəsilib, şaxtalı hava şəraiti davam edib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən “Azerinews.az”a məlumat verilib. 

Bu gün saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində qar örtüyünün hündürlüyü  Laçında 60 sm, Xocavənddə 40 sm, Kəlbəcər, Füzulidə 35 sm, Lerik, Biçənəkdə (Ordubad) 30 sm, Daşkəsən, Yardımlıda 29 sm, Kişçayda (Şəki) 28 sm, Şuşada 25 sm, Cəlilabadda 21 sm, Biləsuvarda 20 sm, Gədəbəydə 18 sm, Xankəndi, Qəbələ, Göygöldə 15 sm, Şahbuzda 14 sm, İmişlidə 13 sm, Qrız , Xaltan, Oğuz, Şəki, Naxçıvan, Şərur, Altıağac, Sədərək, Qusar, Göyçay, Quba, Tərtər, Şabranda 12 sm-dək  olub.                     

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcə şaxta, Naxçıvan MR-da 4-6 dərəcə şaxta (dağlıq ərazilərdə 12 dərəcə şaxta),  Aran rayonlarında 1-3 dərəcə şaxta, dağlıq rayonlarda 9-12, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta olub.

Yanvarın 25-26-da ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930