Mənimsəmə və israf etmə cinayətlərinin sayı artıb

26-01-2024, 10:53 11 dəfə baxılıb

 

“Ötən il mənimsəmə və israf etmə cinayətlərinin sayı artıb”.

“Azerinews.az” xəbər verir ki, bu sözləri ötən illin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclasındakı çıxışı zamanı Baş prokuror Kamran Əliyev deyib.

Qeyd edilib ki, 2023-ci ildə 317 mənimsəmə və israfetmə faktı qeydə alınıb. Bu rəqəm 2022-ci ildə 262 təşkil edib.

Həmçinin qeyd edilib ki, prokurorluq orqanları tərəfindən 76,5 milyona yaxın məbləğdə ziyan ödətdirilib, 44,5 milyona yaxın məbləğdə əmlak üzərinə həbs qoyulub.

Bundan başqa cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 7 milyon 491 min 995 manat məbləğində pul vəsaiti ödənilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031