Alimpaşa Məmmədovun cinayət işi üzrə əmlaklar üzərinə qoyulmuş həbs qərarı ləğv edilə bilər

24-01-2024, 15:06 2 dəfə baxılıb

 

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə əmlaklar üzərinə qoyulmuş həbs qərarı ləğv edilə bilər. 

“Azerinews.az”ın əldə etdiyi məlumata görə, bununla iş üzrə mülki iddiaçı qismində tanınmış Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyan artıq tam ödənilib. 

Məlum olduğu kimi sabiq icra başçısının cinayət işinə görə əmlakları üzərinə həbs qoyulub. Həmin əmlaklara "Şəmkir Səbət" MMC və "Abad Şəmkir" MMC daxildir. 

Bu əmlaklar Sahibkarlığın İnkişafı Fondundan kredit öhdəliyi ilə aşağı qiymətə alınıb. İstintaqın gedişi zamanı ödəniş tam yekunlaşmadığı üçün məhkəmənin qərarı ilə əmlaklar üzərinə həbs qoyulub. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən əvvəlki iclasda mülki iddiaçının nümayəndəsi kredit borcunun ödənilməsi qarşılığında əmlaklar üzərindəki həbs qərarının götürülməsini istəmişdi. 

Bu gün üçün ümumilikdə 730 min manatlıq kredit borcu tam ödənilib. Növbəti məhkəmə prosesində əmlakların üzərinə qoyulmuş həbs qərarının ləğvi məsələsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, A. Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Vəzifə cinayətlərində ittiham olunan keçmiş icra başçısı məhkəmədə özünü təqsirli bildiyini deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930