Sosial şəbəkələrdə çəkdiyi videolarla gündəmə gələn gəncin sağlamlıq vəziyyəti nəzərə alınaraq xəstəxanaya yerləşdirilib

29-01-2024, 14:17 14 dəfə baxılıb

 

Sosial şəbəkələrdə çəkdiyi videolarla gündəmə gələn şəxs valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb.

“Azerenews.az”ın məlumatına görə, DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, valideynin iştirakı ilə yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin 9-cu sinif şagirdidir. O, metroda, avtobusda qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb. Son olaraq qadını qucağına alıb narahat etməsi ilə bağlı video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edilib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031