Türkiyə-Azərbaycan Universitetinə maliyyə dəstəyi Azərbaycan tərəfindən göstəriləcək

21-02-2024, 16:19 1 dəfə baxılıb

Türkiyə-Azərbaycan Universitetində yaradılacaq model heç bir modelin təkrarı olmayacaq.

"Azerinews.az" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Universitet həm Azerbaycan, həm də əcnəbi tələbələrə keyfiyyətli təhsil verəcək:

“Azərbaycan universitetlərinə əcnəbi tələbələrin gəlməsi bizim üçün vacib məsələlərdən biridir. İxtisaslara gəldikdə isə növbəti illərdə ixtisasların sayı artırılacaq”.

Nazir müşaviri Universitetin maliyyələşdirilməsi məsələsinə də aydınlıq gətirib:

“Türkiyə tərəfi Azərbaycanla birlikdə akademik dəstək göstərəcək. İnzibati tərəfi də daxil olmaqla maliyyə dəstəyi də Azərbaycan tərəfindən göstəriləcək”.

Təhsilin ödənişli və ya dövlət hesabına olması məsələsinə gəldikdə isə müşavir bildirib ki, gələcəkdə hər iki forma nəzərdə tutula bilər:

"Bu barədə yaxın vaxtlarda məlumat veriləcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930