Ali məktəblərə tələbə qəbulunda bu il 2 yenilik gözlənilir

22-02-2024, 13:27 3 dəfə baxılıb

 Ali məktəblərə builki tələbə qəbulunda 2 yenilik gözlənilir.

"Azerinews.az"  xəbər verir ki, bunu Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyib. O, həmin yenilikləri belə sadalayıb:

" Birincisi, abituriyentlərin seçim edə biləcəyi ali təhsil müəssisələrinin siyahısında Türkiyə -Azərbaycan Universiteti də olacaq. Əsasən, texnoloji ixtisasların ola biləcəyi açıqlanıb.

Bu universitetin hansı ali təhsil müəssisəsi bazasında yerləşəcəyi, yoxsa ayrıca infrastruktura malik olması haqqında hələlik rəsmi açıqlama yoxdur.

İkincisi, cari ilin qəbul planında, bəzi universitetlər üzrə əyani və qiyabi ilə yanaşı, distant formada təhsil üçün plan yerlərinin də ayrılacağı gözlənilir.

Hələlik isə qanunvericilikdə bu təhsil forması nəzərdə tutulsa da, distant formada təhsilin təşkili qaydalarını hökumət təsdiqləməyib.

Bu il UNEC və Qarabağ Universiteti üçün bəzi ixtisaslar üzrə distant təhsil formasında plan yerləri ayrıla bilər".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930